Avropa Oyunlarında şahmat yarışları keçiriləcək

post-img

Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. 

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən bildiriblər ki,  bun Avropa Şahmat İttifaqı  açıqlayıb.  

Turnirin iyunun 19-da keçiriləcəyi qeyd edilib. Qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının  martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı olacaq.

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.


Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman