Boksçularımızın Dehli sınağı

post-img

Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan boksçularının ilk rəqibləri Hindistan və Car təmsilçiləri olub.


Çempionatın otuzikidəbir final mərhələsi çərçivəsində milli komandamızın üzvlərindən Anaxanım İsmayılova (50 kq) Zarin Nihad (Hindistan), Zeynəb Rəhimova (54 kq) Lethokule Sibisi (CAR)  ilə qarşılaşıblar.
Sabah onaltıdabir final mərhələsi çərçivəsində Günel Rəhimova (48 kq) serbiyalı Snejana Silykoviçlə, Şəhla Allahverdiyeva (66 kq) isə Mariya Ernandeslə (Dominikan Respublikası) üz-üzə gələcəklər. Məhsəti Həmzəyeva (57 kq) isə Yeni Zelandiya təmsilçisi Cennifer Petersi sınağa çəkəcək.
Martın 22-də isə Aynur Rzayeva (+81 kq) Angel Corc Eyed (Trinidad və Tobaqo) - Kelin Li-Lo (Yeni Zelandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. Altmış beş ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.


Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman