Yarımfinalçılar müəyyənləşib

post-img

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, kişi voleybolçular arasında Yüksək Liqanın əsas mərhələsi başa çatıb. Voleybol Mərkəzində təşkil olunan XII turun ilk qarşılaşması MOİK və “Neftçi” komandaları arasında olub. Matçın qalibi tay-brekdə müəyyənləşib. “Neftçi” əsas mərhələdəki son matçında 3:2 hesabı ilə qələbə qazanıb.


XII turun son oyununda isə “Xarıbülbül” “Murov”u sınağa çəkib. Gərgin və maraqlı mübarizədə keçən matçın qalibi Şuşa komandası olub. 3:1 hesabı ilə “Murov”a qalib gələn “Xarıbülbül” əsas mərhələni qələbə ilə başa vurub. 
Beləliklə, əsas mərhələnin son turundan sonra turnir cədvəlində 32 xalla “Murov” birinci, 23 xala malik “Xarıbülbül” ikinci, 15 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 2 xalla sonuncu olub. 
Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Murov”  dördüncü yerin sahibi MOİK-lə, ikinci olan “Xarıbülbül” isə üçüncü yeri tutan “Neftçi”komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman