Nicat Abasovun “Dünya kuboku”na vəsiqəsi

post-img

Serbiyanın Vrnyaçka Banya şəhərində 500-dək şahmatçının iştirakı ilə keçirilən şəxsi Avropa çempionatı başa çatıb. “Chess-results.com” saytının məlumatına görə, FİDE bayrağı altında çıxış edən rusiyalı şahmatçı Aleksey Sarana çempionatın qalibi olub.

Bildirilir ki, 11 tur ərzində mümkün on bir xaldan 8,5-ni toplayan Aleksey Sara­na əlavə göstəricilərə görə eyni xalı top­lamış daha iki şahmatçını qabaqlamağı bacarıb. Onun əlavə göstəricilərə görə üstələdiyi şahmatçılar Belçikanı təmsil edən Kiril Şevçenko və Daniel Darda olublar. K.Şevçenko çempionatın gümüş, Daniel Darda isə bürünc mükafatına layiq görülüblər.

On birinci turda Azərbaycan şahmat­çısı Nicat Abasov Monteneqro təmsilçisi Luka Droskoviç üzərində qələbəyə sevi­nib. Bununla da o, hesabındakı xalların sayını 7,5-ə çatdırıb. Yekun nəticədə çempionatı 7-ci yerdə başa vuran qross­meysterimiz ilk 23-lüyə düşməyi bacarıb. Bununla da N.Abasov yayda Bakıda ke­çiriləcək Dünya kubokuna vəsiqəni təmin edib. Beynəlxalq idman ustamız Nail Bəşirli isə serbiyalı şahmatçı Boris Stan­koviç üzərində qələbə qazanıb. Bəşirli yarışı 5,5 xalla başa vurub. Macar şah­matçı Devid Didsaymonsu məğlubiyyətə uğradan Şahin Vəliyev də eyni nəticəni göstərib.

Həmyerlimiz Əhməd Xaqan da son turda qələbəyə sevinənlərdən olub. Belə ki, o, ispaniyalı Adrian Suaresə qalib gə­lib. Ə.Xaqan üçün çempionat 5,5 xalla başa çatıb. FİDE ustası Elmar Atakişiyev də on birinci turda yunanıstanlı rəqibi Dmitri Aleksakis üzərində qələbəni təmin edib. Qadın şahmatçımız Ülviyyə Fətəli­yeva isə türkiyəli Tarik Selbesə qalib gə­lib. Onun aktivində 5,5 xalı olub.

Təmsilçilərimizdən Ülvi Sadıqov (6 xal) türkiyəli FİDE ustası Eren Atabərkə məğlub olub. Misrətdin İsgəndərov (6,5 xal) də eyni aqibəti yaşayıb. Eltac Səfərli (6,5 xal) isə almaniyalı FİDE ustası Mari­us Froma uduzub. 

Son turda Namiq Quliyev (6,5 xal) də Almaniya təmsilçisi Dmitri Kollarsla bacarmayıb. Qrossmeysterimiz Abdulla Qədimbəylinin (6,5 xal) də bəxti gətirmə­yib. Vüqar Manafov (6,5 xal) avstriyalı Feliks Bergerə, Əhməd Əhmədzadə (6,5 xal) isə rumıniyalı Filip Lusiyana məğlub olublar. Şahmatçımız Xəzər Babazadə isə Ermənistan təmsilçisi Armen Barseq­yanla heç-heçə edib. 

Qeyd edək ki, qardaş ölkə Türkiyə­dən isə ilk 23-lüyə Ediz Gürel düşməyi bacarıb. Ediz Gürel mümkün on bir xal­dan 8-ni toplayaraq çempionatı on dör­düncü pillədə başa vurub.

 

Elçin ABBASOV, “Xalq qəzeti”

İdman