Bu axşam UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində daha iki oyun keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Azarkeşlərin ən çox maraqla gözlədiyi matç İngiltərədə baş tutacaq “Liverpul” “Real” oyunudur. Matçı rumıniyalı hakim İştvan Kovaç idarə edəcək.
Digər görüş isə Almaniyada “Ayntraxt” - “Napoli” komandaları arasında keçiriəcək. Həmin oyun portuqaliyalı hakim Artur Diaşa tapşırılıb.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

