Şirvanda 6 nəfərin zəhərlənməsinə səbəb olan obyektin fəaliyyəti dayandırılıb

post-img

Zəhərlənmə hadisəsi ilə bağlı daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Bu barədə XQ-yə AQTA-dan məlumat verilib.

Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.

İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.

Hadisə