Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub

post-img

Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Müxbir - Nail Əsgərov





Hadisə