Göyçayda iki yanğın söndürülüb

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri, Atatürk prospektindəki yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən binanın zirzəmisində baş vermiş yanğın genişlənməsinə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Tüstünün təsirinə məruz qalmış mənzildən 2 nəfər təxliyə olunub.

Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində isə obyektdə yanğın baş verib. FHN-in yanğından mühafizə hissələri əraziyə cəlb olunub. Ümumi sahəsi 500 kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60 kv.m olan mağazanın lambirdən ibarət tavanı və dam örtüyünün taxta atmaları 15kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

P.ƏMİRCANOV
XQ

Hadisə