Dələduz “sosial media meneceri” saxlanılıb

post-img

Özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Məlumatı DİN mətbuat xidməti verib. 

O, həmin məkanların sosial şəbəkələrdə reklamlarını təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən 16379 manat pul vəsaitini əldə keçirib. Daha sonra A.Hüseynova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək onlarla əlaqəni kəsib. Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.

Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

XQ

Hadisə