Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampa zəng edib. Söhbət zamanı onlar ikitərəfli münasibətlərin vacib məsələlərini müzakirə ediblər. Məlumatı “Korrespondent.net” verib.
Tramp sosial media hesabı olan Truth Social-da söhbətin tonundan məmnun olduğunu və Kolumbiya lideri ilə görüşəcəyini bildirib.
Tramp Petronun iki ölkə arasında narkotiklərin vəziyyəti və “digər məsələlərlə bağlı fikir ayrılıqlarını” aydınlaşdırmaq üçün zəng etdiyini yazıb.
Ağ Ev rəhbəri qeyd edib: “Onun zəngini və söhbətin tonunu yüksək qiymətləndirirəm və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm”.
Bundan əlavə, ikitərəfli danışıqlar çərçivəsində ABŞ dövlət katibi Marko Rubio Kolumbiyanın xarici işlər naziri Rosa Yolanda Villavicencio ilə dialoq aparır.
P.ƏMİRCANOV
XQ

