Qusar rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələri yandırılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sahələri yandırmaqda rayon sakinləri B.Xeyrullayev, O.Mehdixanov və M.Cəfərov şübhəli biliniblər. Hər üç şəxs barəsində Rayon Polis Şöbəsində qanunamüvafiq tədbir görülüb.
Araşdırma aparılır.
P.Əmircanov
XQ