DİN: Fəhlə küçəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub - YENİLƏNİB

post-img

Paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.

18:07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hadisə