Göygöldə ev yanıb

post-img

Göygöldə yanğın baş verib.

Hadisə rayonun Firuzabad kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Sübanə Nağıyevaya məxsus ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli evdə yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin yanar konstruksiyaları və əşyaları tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın baş verən evdə yaşayış olmayıb.

Hadisə