Avqustun 19-da saat 14 radələrində Novxanı bağları ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb. Məlumatı DİN mətbuat xidməti verib.
Hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
P.ƏMİRCANOV
XQ