Polis əməkdaşlarının avqustun 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
DİN mətbuat xidmətinin məlumatına görə, Bakı şəhərində kiberdələduzluq faktı da qeydə alınıb.
Paytaxt sakini olan 3 şəxsi aldadaraq bank hesabları və kartlarından 1500 manata yaxın maddi vəsait oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törətmiş şəxslər Ü.Qasımov və A.Əhmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
P.ƏMİRCANOV
XQ