Səbail rayonu ərazisində iki avtomobildən ümumilikdə 900 manat oğurlanması barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Xudayar Eyyubov Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, Xırdalan şəhərində marketlərin birində quraşdırılmış ödəmə terminalı sındırılaraq 550 manat oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətmiş marketi təmir edən usta Xalid Xubalıyev saxlanılıb.
Bakıda iki nəfərin mobil telefonları və 500 manatının oğurlanması barədə də polisə məlumat daxil olub. Qaradağ RPİ 10-cu şöbəsinin əməkdaşları hadisələri törədən Rövşən Səfərovu saxlayıblar.
Araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ