Səbaildə mobil telefonlar, Nizamidə maşın oğurlanıb

post-img

Səbail rayonu ərazisindəki çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Nizami rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən isə “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə Ramana qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmçinin narkotiklərlə əlaqəli cinayətə görə də axtarışda olan İ.Məmmədov saxlanılıb. 

Araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

 

Hadisə