Çətənə kolu və marixuana götürülüb

post-img

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini A.Zeynalovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və marixuana aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları isə Digah kəndi ərazisində yabanı halda bitmiş 241 ədəd çətənə kolu aşkarlayıblar.

Araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat