Bakıda soyğunçuluq və iri miqyaslı oğurluq

post-img

Mayın 15-də axşam saatlarında iki nəfərin Nəsimi rayonu ərazisində yerləşən parkda bir nəfər şəxsin mobil telefonunu danışmaq adı ilə alıb talayaraq qaçmaları barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə  Məhəmmədi, Pirşağı və Kürdəxanı qəsəbələrində müxtəlif vaxtlarda 5 evdən ümumilikdə dəyəri 11000 manata yaxın olan tikinti materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən F.Nəsirov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə