Qazaxıstan sərhədçiləri rusiyalı və azərbaycanlı həmkarları ilə birlikdə aprelin əvvəlindən Xəzər dənizinin akvatoriyasında 60-dan çox brakonyer saxlayıblar.
Bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.
“Aprelin 1-dən Qazaxıstan MTK-nın Sərhəd Xidməti tərəfindən respublikanın müvafiq dövlət orqanları, eləcə də Azərbaycan və Rusiya sərhəd idarələri ilə birlikdə Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi üzrə əməliyyat-profilaktik tədbirlərin növbəti mərhələsi həyata keçirilir. Birgə əməliyyatlar başlayandan bəri 39 kiçik gəmidə 63 cinayətkar saxlanılıb, 187 km brakonyerlik silahı ələ keçirilib", - komitənin məlumatında bildirilir.
Məlumat görə, inzibati cərimələrin məbləği 3 milyon təngədən (6,6 min dollar) çoxdur. 1041 nərə balığı, 14 min 659 sıx torla tutulan balıq və 63 suiti təbii yaşayış mühitinə buraxılıb.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti qeyd edib ki, Xəzər dənizinin akvatoriyasının mühafizəsinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.