Sumqayıtda ağır cinayətdə şübhəli bilinən şəxs saxlanılıb

post-img

Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.

Corat bağları yaşayış massivində cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə