Rusiyadan gələn yük gəmisi İstanbul sahillərində konteyner gəmisi ilə toqquşub, hadisə nəticəsində xəsarət alan olmayıb. "Hürriyət" qəzeti Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsinə istinadən xəbər verir.
Mərmərə dənizindəki Axırkapı körpüsündə 228 m uzunluğunda yük daşıyan “New Legend” və 141 m uzunluğundakı “Elbsun” konteyner gəmisi toqquşub. New Legend, qeyd edildiyi kimi, Honq-Konq bayrağı altında Rusiyadan Malayziyaya gedirmiş. İkinci gəmi Portuqaliya bayrağı altında üzürmüş.
Sahil mühafizəsinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb, ətraf mühitə heç bir ziyan dəyməyib.
S.ELAY,
XQ

