Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs tutulub

post-img

Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində keçirdikləri növbəti tədbirlər nəticəsində Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində qanunsuz balıq ovlayan Masallı rayon sakini Anar Həsənov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, sintetik torlar və qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. Onun təbiətə 1155 manat dəyərində ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə