Batan “Titanik”ə doğru hərəkət edən “Titan” batiskafının kabinəsinin dağılmasına səbəb qurğunun gövdəsində partlayışa səbəb olan xırda çatlar ola bilər.
Gazeta.ru Britaniyanın "The Independent" qəzetinə istinadən xəbər verir ki, bunu Plimut Universitetinin dosenti Casper Qrem-Cons deyib.
Alimin qeyd etdiyi kimi, sualtı nəqliyyat vasitəsinin uzunsov konstruksiyası, korpusun illər ərzində üzləşdiyi daimi yüklərlə birləşərək, partlayışa səbəb ola bilər. Onun sözlərinə görə, OceanGate Expeditions sualtı gəmisi hər dəfə dalış edərkən onun gövdəsində kiçik çatlar əmələ gələ bilər.
"Əvvəlcə kiçik və incə ola bilər, lakin tezliklə kritik olur və sürətli və nəzarətsiz böyüməyə gətirib çıxarır", -deyə alim qəzaya münasibətini açıqlayıb.
"Xalq qəzeti"