Dünya şöhrətli aktyorun adı dələduzluq işində hallanır

post-img

Amerikalı məşhur aktyor Leonardo Di Kaprio milyardlarla dollarlıq dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verib. Bu barədə The Guardian məlumat yayıb.

Qeyd olunur ki, prosesdə əsas müttəhim iş adamı Cho Loudur. Həmin şəxs beynəlxalq çirkli pulların yuyulması dələduzluğunu təşkil etməkdə ittiham olunur. Hüquq-mühafizə orqanları Lounun hərəkətlərinin Malayziyanın  dövlət investisiya fondundan milyardlarla dolların mənimsənilməsinə səbəb olduğunu deyirlər. Ehtimallara görə, reper Pras Mişel sahibkarın şəriki olub. Müstəntiqlərin fikrincə, o, Lowun sxemində vasitəçi olub.

Prokurorluq orqanları iddia edir ki, 2012-ci ilin iyun-noyabr ayları arasında Lou 2012-ci il prezident seçkilərinə görə  Mişelə 21,6 milyon dollardan çox vəsaitin köçürülməsinə  əmr verib”.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, iş adamı Di Kaprioya çoxlu hədiyyələr verib, onunla dünyanın müxtəlif ölkələrində ziyafətlər təşkil edib və onun iştirakı ilə “The Wolf of Wall Street” filminin istehsalına sponsorluq edib. Di Kaprio FTB agentlərinə Lou ilə gecə klubunda tanış olduğunu deyib.

Mart ayında Di Kaprionun FTB tərəfindən sorğu-sualının açıqlanmayan təfərrüatlarında  məşhurun  Malayziya fondundan çirkli pulların yuyulmasına görə beynəlxalq orqanlar tərəfindən axtarışda olan qaçaq maliyyəçi Jo Lou ilə əlaqələri məlum olub. Tərəfdaşlar film istehsalı üçün 1 milyard dollarlıq meqafond, Warner Bros əyləncə parkı və digər ideyaları  müzakirə ediblər. 

Anar Əli,
“Xalq qəzeti”

Hadisə