Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1944 (Cild I) ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə üzrə:

1.1.1. 1.1-ci bənddən “və bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyən edilən bölgüdə nəzərdə tutulan” sözləri çıxarılsın;

1.1.2. 1.4-cü bənd 1.5-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.”;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1-1-ci bənd ləğv edilsin;

1.2.2. 2.7-ci bənddə “bank” sözü “xəzinə” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2025-ci il

Fərmanlar