Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.11-1-ci bənd əlavə edilsin:

“8.11-1. məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 4.6.2-1-ci yarımbənd əlavə edilsin:

“4.6.2-1. müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görmək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2024-cü il

Fərmanlar