“Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinə start verilib

post-img

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında həyata keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, müsabiqəsinin nəticələrinə əsasən, qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunurlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.

Elm