AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov 1-3 fevral tarixlərində Amerika Birləşmiş Ştatlarında keçirilən XI Beynəlxalq Nyu-York Konfransında məruzə ilə çıxış edib. Dilçi alimin “Ərəb və ibri dillərində bitişən əvəzliklərin müvafiq qaydalara uyğun olaraq isim və ön qoşmalarla işlənməsi” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, ənənəvi olaraq keçirilən bu elmi platformaya dünyanın 20-dən çox ölkəsindən dəyərli elm adamları, tədqiqatçılar qatılıb.