Azərbaycan Turizm və Menecment Universitetinin rəhbər heyəti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti arasında ATMU-nun akkreditasiya prosesinin yekununa dair görüş keçirilib.
Görüşü çıxış sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov akkreditasiya prosesinin uğurlu keçməsində əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib, universitetin bundan sonrakı fəaliyyətində də TKTA ilə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb.
Daha sonra TKTA-nın İdarə heyətinin sədri Tural Əhmədov ATMU kollektivini təbrik edərək səəmərəli fəaliyyətlərində uğurlar arzulayıb. O, ümumilikdə bu prosesin əhəmiyyətindən bəhs etməklə Akkreditasiya Komissiyası tərəfindən ATMU-ya verilən tövsiyələrin icrasının universitetin inkişafına tövhə verəcəyini bildirib.
Görüşdə həmçinin, TKTA və ATMU arasında əməkdaşlığın perspektivləri, beynəlxalq və proqram akkreditasiyasının əhəmiyyəti, Ali Təhsil Müəssisələrində keyfiyyət təminatı mərkəzlərinin vacibliyi məsələləri müzakirə olunub.
Görüşün sonunda TKTA-nın İdarə Heyətinin sədri tərəfindən ATMU rektoruna “İnstitusional Akkreditasiya Şəhadətnaməsi” təqdim edilib.
Z.HÜSEYNOVA
XQ