Moskvada birinci Rusiya-Azərbaycan Elm və Təhsil Forumu

post-img

Moskvada birinci Rusiya-Azərbaycan Elm və Təhsil Forumu təşkil olunub. 

XQ xəbər verir ki, sentyabrın 25-də Moskva Dövlət Universitetinin İntellektual Mərkəzində – Fundamental Kitabxanada Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya Rektorlar İttifaqının prezidenti, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiyin iştirakı ilə I Rusiya-Azərbaycan Elm və Təhsil Forumu öz işinə başlayıb.

Forumda iki ölkədən 70-dən çox ali təhsil müəssisəsinin nümayəndələri, universitet nümayəndələri iştirak ediblər.

Forumda müvafiq dövlət qurumlarının, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının elmlər akademiyalarının nümayəndələri təbrik və məruzələrlə çıxış ediblər.

Daha sonra forum çərçivəsində sessiyalar və ekspert görüşləri keçirilib, Azərbaycan və Rusiyanın ali təhsil və elmi müəssisələri arasında birbaşa əlaqələrin inkişafı, elm sahəsində əməkdaşlığın əsas istiqamətləri, təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın həyata keçirilməsi imkanları və digər məsələlər müzakirə edilib.

 

Anar ƏLİ,

XQ



Elm