Avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Xatırladaq ki, ali təhsil müəssisələrinə ixtisas seçimi müsahibəsinin nəticələrinə əsasən 55 min 656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 27 min 117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 min 539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 95.27 faiz dolub.