Məleykə Abbaszadə: Gələn həftə 46 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə imtahan verəcək

post-img

Mayın 26-da II və III ixtisas qrupları üzrə imtahan keçiriləcək. Qırx altı mindən çox abituriyent imtahan verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, daha sonra I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Bu imtahanlar birinci cəhddir.

“İyul qayında qəbul imtahanlarının ikinci cəhdi olacaq”, - deyə M.Abbaszadə bildirib.

Elm