Bişkekdə vəziyyət sabitləşib

post-img

Narazı vətəndaşların toplaşdığı Bişkekdə vəziyyət sabitləşib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb. Bu barədə Rusiyanın Qırğızıstandakı səfirliyinin mətbuat xidməti mayın 18-də “İzvestiya”ya məlumat verib.

“Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Bişkekdə vəziyyət sabitdir və polisin tam nəzarəti altındadır”, - diplomatlar aksiyanın bütün iştirakçılarının dağıldığını deyiblər.

Qeyd olunur ki, səfirliyin konsulluq şöbəsinə etirazlar zamanı xəsarət alan rusiyalılarla bağlı məlumat daxil olmayıb.

Ötən gecə yerli sakinlərlə əcnəbilər arasında kütləvi dava ilə bağlı insidentdən sonra Bişkekin mərkəzinə minə yaxın insan toplaşıb. Paytaxt sakinləri mayın 13-də yataqxanalardan birinin həyətində baş verən qarşıdurmadan narazılıqlarını bildiriblər.

 

P.ƏMİRCANOV

XQ

Dünya