Volodin: Aİ Rusiya mediasının yayımını qadağan etməklə söz azadlığını məhv edir

post-img

Dövlət Dumasının sədri Vyaçeslav Volodin hesab edir ki, Avropa İttifaqında Rusiya KİV-lərinin yayımına qoyulan qadağa Brüsselin Avropa sakinlərinin obyektiv və etibarlı məlumatlara çıxışını məhdudlaşdırmaq cəhdidir. Onun sözlərinə görə, ikili standartlar siyasəti Avropa strukturlarının tərkib hissəsinə çevrilib.

Mayın 17-də Avropa İttifaqı Şurası RİA Novosti agentliyinin, “İzvestiya” qəzetinin və “Rossiyskaya qazeta”nın yayım fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Aİ-nin fikrincə, bu media Ukraynada hərbi əməliyyatı təşviq etməklə “Rusiya Federasiyası rəhbərliyinin daimi birbaşa və ya dolayı nəzarəti altındadır”.

Cənab Volodinin Telegram kanalında yazdığına görə, Avropa İttifaqının rəhbərliyi yalnız söz azadlığından danışa bilər, amma reallıqda buna dözmür: “Öz vətəndaşlarını haqlı olduqlarına inandırmaq üçün heç bir arqumenti olmayan, problem görən kimi hər hansı alternativ nöqteyi-nəzəri bloklayır, söz azadlığını məhv edir, sərbəst məlumat yaymaq və almaq hüququnu pozurlar”. 

2022-ci ilin martında Rusiya-Ukraynada münaqişəsi başlayandan sonra Avropa İttifaqı Şurası RT telekanalının və Sputnik agentliyinin ittifaq ölkələrinin ərazisində yayımını qadağan edib. Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində Aİ Birinci Kanal, “Rossiya 1”, NTV və REN TV-nin yayım lisenziyasını dayandırmaq qərarına gəlib.

S.ELAY

XQ

 

Dünya