Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

post-img

Mayın 1-dən 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Bu barədə “XQ”-yə nazirlikdən məlumat verilib.

Elektron portalda 1 may saat 11:00-dan uşaqların qeydiyyatı, 3 may tarixindən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək.  

Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə tədris aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Müsahibələr 7–30 may tarixlərində keçiriləcək. Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri 12 iyun–13 sentyabr tarixlərində məktəb və müəllim seçimi edə biləcəklər.

Birinci sinflərə sənəd qəbulu 13 sentyabr tarixinədək davam edəcək.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Elm