AMEA  Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Milli Avrasiya Universiteti arasında Memorandum  imzalanıb

post-img

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu  ilə Qazaxıstan Milli Avrasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandum Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli və Qazaxıstan Milli Avrasiya Universitetinin Universitetinin Qazax Dil Bilimi bölümünün professoru Kuanışbek Kərimoviç Kenzhalin tərəfindən imzalanıb.

Sənəddə ali təhsil müəssisəsi ilə Dilçilik İnstitutu  arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, elmi kadrların hazırlanması sahəsində əməkdaşlıq, birgə beynəlxalq konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Professor Nadir Məmmədli nümayəndə heyətini Dilçilik İnstitutunda  görməkdən şad olduğunu bildirib.

Görüşdə Milli Avrasiya Universitetinin doktorantı Nurbek Şalğınbəy , BSU-nun Türkologiya kafeedrasının dosenti Nuridə Novruzova və ADU-nun Türk Dilləri Araşdırmaları Mərkəzinin mavini Cəlal İbrahimov, dosent Təranə Şükürlü  iştirak edib. 

Qazaxıstan Milli Avrasiya Universitetinin Universitetinin Qazax Dil Bilimi bölümünün professoru Kuanışbek Kərimoviç Kenzhalin bildirib ki,  bu müqavilənin imzalanması Azərbaycan və Qazaxıstan arasında mövcud münasibətlərin inkişafına müsbət təkan verəcək.

Sonda qonaqlar Türk dilləri şöbəsində olub. Görüş zamanı qazax dili ilə  ikidilli lüğətlərin hazırlanması müzakirə olunub. 





Elm