BDU aliminin yeni monoqrafiyası nəşr olunub

post-img

Bakı Dövlət Universitetinin (BDU) Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın yeni monoqrafiyası nəşr olunub.

BDU-dan bildirilib ki, “Azərbaycan kitab tarixi” adlı monoqrafiyada milli kitab tariximizin obyekti, predmeti, funksiyaları, milli kitab anlayışı şərh olunub, yazı və əlifbanın yaranması, formalaşması xronoloji inkişafda izlənilib. Nəşrdə “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi yazılı abidələrimizin dil, əlifba, məzmun, çap baxımından araşdırılması və digər tədqiqat xarakterli mövzular əksini tapıb.

BDU-nun Elmi şurasının 2023-cü il 29 dekabr tarixli iclasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktorları dosentlər Ələmdar Cabbarlı və Knyaz Aslan, nəşriyyat redaktoru Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənli, rəyçiləri professor Kamandar Şərifli, dosentlər Nadir İsmayılov və Nailə Mehrəliyevadır.

İlk hissəsi işıq üzü görən monoqrafiyanın növbəti cildlərinin də nəşri nəzərdə tutulur.

Elm