İqtisadçı alim, hüquqşunas, publisist, Turan Araşdırma Mərkəzinin sədri Cavid İsmayılın “Vətən bizə əmanətdir” adlı növbəti kitabı çapdan çıxıb.
Kitabın redaktoru yazıçı-publisist Yunus Oğuz, “Ön söz” ün müəllifi yazıçı-publisist Züleyxa Nadirdir.
Cavid İsmayıl analitik məqalələr toplusundan ibarət olan kitabda milli kökə bağlılıq, vətənpərvərlik, vətən təəssübkeşliyi, hər bir vətən oğlunun vətən maraqlarına sipər olmaq, vətən sevgisinin hər kəs üçün qırmızı xətt olması kimi keyfiyyətlərin böyük önəm daşıdığını bildirir.
Kitabda kənar mənfur qüvvələrdən, dövlətçiliyimizə düşmən kəsilənlərdən, adı özümüzdən olub vətənə xəyanət edənlərdən, eləcə də zaman-zaman belə qüvvələrin “dövlətsevər”, “Vətənsevər”, “milli kökə bağlılıq” libasına bürünmələrindən söz açılır, cəmiyyətimizdə belə qüvvələrə qarşı xalq və dövlət birliyinin daha da sıx olması və belə qüvvələrə qarşı mübarizliyindən bəhs edilir.
Kitab Elm və Təhsil Nəşriyyatında çap edilib və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Anar ƏLİ
XQ