Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı təsdiqlənib

post-img

AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunan növbəti məsələ ölkə başçısının 2023-cü il 28 sentyabr tarixli Sərəncamına əsasən hazırlanmış “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı”nın təsdiq edilməsi haqqında olub.

Bu barədə AMEA-dan məlumat verilib. Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında akademik Ziya Bünyadovun tarixi xidmətləri olduğunu deyib. AMEA rəhbəri həmin Sərəncamın dövlətimizin başçısının akademiyaya diqqət və qayğısının növbəti təzahürü olduğunu bildirib.

İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən “Akademik Ziya Bünyadovun 100 illik yubileyi haqqında” qərar qəbul olunub. Qərarda AMEA Rəyasət Heyətinə akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiyanın keçirilməsi, İctimai Elmlər Bölməsinə Şərqşünaslıq İnstitutunun bazasında ənənəvi “Akademik Ziya Bünyadov qiraətləri”nin təşkil edilməsi və müvafiq materialların çap olunması ilə bağlı tapşırıqlar verilib.

Daha sonra Rəyasət Heyəti tərəfindən “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı” təsdiqlənib.

Elm