Əməkdaşlıq imkanları müzakirə edilib

post-img

Elm və Təhsil Nazirliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Məlumatı Elm və Təhsil Nazirliyi verib. 

Görüşdə Elm və Təhsil Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub, bu sahədə müxtəlif tərəfdaşlıq mexanizmlərinin fəal şəkildə istifadə edilməsi qərara alınıb. 

Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, nazirliyin müvafiq strukturlarının rəhbərləri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, agentliyin Müşahidə Şurasının üzvləri Günel Səfərova və Zaur İbrahimov, agentliyin müvafiq bölmə rəhbərləri iştirak edib.

 

Anar ƏLİ,

XQ

 

Elm