Bu gün İsveçdə ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb. İsveç Kral Elmlər Akademiyasının məlumatına görə, mükafat Norveç yazıçısı Yun Fosseyə verilib.
Qeyd edək ki, yazıçı yaradıcılığında şeir, hekayə, roman, esse və pyeslər əsas yer tutur. 2011-ci ildən Fosse Norveç dövlətinə məxsus olan və Oslo şəhərinin mərkəzində Kral Sarayının ərazisində yerləşən Qrotten fəxri iqamətgahı ilə təltif edilib.
2022-ci ilin aprelində yazıçının romanı Damion Searls tərəfindən ingilis dilinə tərcümə edilib və “Yeni Ad: Septologiya VI-VII” romanı Beynəlxalq Buker Mükafatının qısa siyahısına düşüb. Yun Fosse həmçinin bədii tərcümə ilə də məşğuldur.
Anar ƏLİ,
XQ