Özbəkistan Respublikasının Kokand şəhərində “Türkdilli gənclərin festivalı” adlı beynəlxalq tədbir keçirilib.
Festivala Özbəkistanın tanınmış incəsənət xadimləri, iş adamları, təhsil sektorunun mütəxəssisləri, müxtəlif türkdilli ölkələrin, o cümlədən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri qatılıblar.
ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, mədəni mübadilə, turizm sektorunun inkişafı və əməkdaşlığın daha da möhkəmləndirilməsini şərtləndirən “Türkdilli gənclərin festivalı” beynəlxalq tədbirinin iştirakçıları Kokand şəhərinin tarixi yerlərinə ekskursiya ediblər.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”