Gülşən Paşayeva: Sovet dövründə Ulu Öndər sayəsində xaricdə təhsil imkanı əldə etmək böyük xoşbəxtlik idi

post-img

1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul olub, 1983-cü ildə oranı müvəffəqiyyətlə bitirmişəm. Böyük xoşbəxtlik idi ki, biz o dövrdə oxumaq üçün xaricə getdik. O vaxt SSRİ-nin ən məşhur universitetləri həm müəllim, həm də təhsil mühiti baxımından tamamilə başqa idi.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva deyib.

O bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevə görə bu cür imkana sahib olmaq bir azərbaycanlı üçün böyük xoşbəxtlik idi. Ulu Öndər Heydər Əliyevin ideyalarından biri gəncləri təhsil almaq üçün Azərbaycandan kənara göndərmək idi ki, bu, çox möhtəşəm fikir idi. 1969-cu ilə qədər, yəni, Ümummilli Liderdən əvvəlki dövrdə xaricə göndərilmək üçün 40 nəfəri güclə tapırdılar, onların çoxu rus, erməni və ya başqa millətlərin nümayəndələri olurdu. Azərbaycanlıların sayı çox az idi.

“Keçmişə baxanda o dövrdə azərbaycanlıların gedib xaricdə oxumaları böyük bir fürsət idi. Orada, eyni zamanda, böyük rəqabət var idi”, - deyə Gülşən Paşayeva qeyd edib.

Elm