AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi Akademiyanın elmi müəssisə və təşkilatlarında elektronlaşma işinin təşkili və gələcək perspektivləri ilə bağlı görüşlərə başlayıb.
Şöbənin müdiri, r.ü.f.d., dosent Fariz İmranov və şöbənin əməkdaşı Elnur Eltürk Ədəbiyyat İnstitutunda bu sahəyə məsul şəxslərlə görüşərək müzakirələr aparıblar. Görüşdə institutun icraçı direktoru, f.ü.f.d., dosent Mehman Həsənli, elmi katibi, f.ü.f.d., dosent Aygün Bağırlı, Elmi informasiya və tərcümə şöbəsinin müdiri, f.ü.f.d., dosent Zakirə Əliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva və baş mütəxəssisi Pərvanə Kərimova iştirak ediblər.
Görüş zamanı institutun jurnallarının elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda institutda yeni “Vikipediya” qruplarının yaradılması, onların təlimə cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Google Akademik” və digər elmi platformalarla bağlı işlərin təkmilləşdirilməsinə həsr olunan seminarların təşkil edilməsi məqsədəuyğun hesab edilib.