Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş məqalə müsabiqəsi elan edilib

post-img

Bakı Dövlət Universiteti (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər – Müstəqil Azərbaycanın qurucusu” adlı məqalə müsabiqəsi elan edir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim edilən məqalələr aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun əməkdaşları iştirak edə bilərlər.

Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qalib elan edilən məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər:

I yer -1500 manat; II yer - 1000 manat; III yer -700 manat.

Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail: [email protected] 

Elm