İşğal zamanı Ermənistan Azərbaycanın Çardaqlı kömür mədənini qanunsuz istismar edib

post-img

İşğal zamanı Ermənistan, eyni zamanda, İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib.

AZƏRTAC-a bildiriblər ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başlaması ilə bağlı açıqlamasında qeyd edilib.

Vurğulanıb ki, nəhayət Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə Ermənistan arasında “birbaşa həyat xətti” kimi təsvir edilən və Ermənistanın təhlükəsizliyində “əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib.

Siyasət