Yay təslim olmaq istəmir

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətdən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şi­mal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənə­cək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmos­fer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayon­larında havanın, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilər­də duman olacaq. Müla­yim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı ehtimal edilir.

Q.ƏLİYEV
XQ

Ekologiya