BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bonn şəhərində keçirilən 62-ci Sessiyası çərçivəsində COP29 Sədrliyinin təşkilatçılığı ilə “Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Bakı Hub)Tərəfdaşlığı: Sülh naminə İqlim Fəaliyyətinin Təşviqi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə bir sıra dövlətlərin yüksəksəviyyəli nümayəndələri, beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları, iqlim fondları, vətəndaş cəmiyyətinin nümayəndələri və gənc liderlər iştirak ediblər. Açılış mərasimində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin müavini Abdullah Balalaa, İtaliya hökumətinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Françesko Korvaro çıxış edərək, Azərbaycanın COP sədrliyinin təşəbbüsü ilə ötən il təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin beynəlxalq əməkdaşlıq sahəsində vacib platformaya çevrildiyini qeyd ediblər. Bildirilib ki, Bakı Mərkəzi 30-dan çox ölkə, bir sıra nüfuzlu qlobal təsisat və 300-dən çox beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən dəstəklənir. Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Mərkəzin növbəti fəaliyyət mərhələsi olaraq Çad, İraq və Qvineya-Bisauya iqlim və sülh sahəsində beynəlxalq dəstəyi və maliyyə tərəfdaşlığını nəzərdə tutan pilot layihələrin anonsunu verib. Sonra aparılmış panel müzakirələrində həmin ölkələr tərəfindən layihələr təqdim edilib, onların inkişaf etməkdə olan ölkələrin milli potensialların gücləndirilməsinə töhfələri vurğulanıb, Azərbaycana layihələrin inkişafı sahəsində göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilib. Çıxış edən Almaniya və İngiltərə təmsilçiləri, həmçinin Yaşıl İqlim Fondu, UNEP, UNDP, İslam İnkişaf Bankı (IsDB), Afrika İnkişaf Bankı (AfDB) və digər qurumların nümayəndələri layihələrin icrasına dəstək ifadə edərək onların su qıtlığı, torpaq deqradasiyası və ərzaq təhlükəsizliyi, həmçinin iqlimlə bağlı miqrasiyasının qarşısının alınmasına töhfə verəcəklərini, ümumilikdə planetimizin 500 milyon nəfərdən artıq əhalisinin həyatına müsbət təsir göstərəcəyini qeyd ediblər. Yekun nitqi ilə çıxış edən COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakı Mərkəzinin fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü ifadə edib, Azərbaycanın bundan sonra da sülh və iqlim qovşağı sahəsində az inkişaf etmiş ölkələrə dəstək verəcəyini vurğulayıb.
Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır
- Ekologiya
- 22:59 18.06.2025
- Oxunma sayı: 983
Açar sözlər:
Paylaş:
Ekologiya
İsmayıllıda zəlzələ olub
19:06 12.02.2026Külək güclənəcək - XƏBƏRDARLIQ
18:30 12.02.2026Bakıda yağmursuz, dağlıq ərazilərdə qar...
11:31 12.02.2026Qar yağacaq, bəzi yollar buz bağlayacaq
12:23 11.02.2026Qar yağacaq, dağlarda yollar buz bağlayacaq
10:11 10.02.2026FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
10:11 10.02.2026Sabah Bakıya qar yağacaq
14:09 09.02.2026Gecə çiskinli, gündüz küləkli və yağmursuz...
12:19 07.02.2026“Akkord Mingəçevir Maşınqayırma Zavodu” ASC səhmdarlarının nəzərinə!
12:04 06.02.2026-
- 19:23 12.02.2026
-
- 19:19 12.02.2026
-
- 19:17 12.02.2026
-
- 19:11 12.02.2026
-
- 19:06 12.02.2026
-
- 19:02 12.02.2026
-
- 18:36 12.02.2026
-
- 18:30 12.02.2026
-
- 18:25 12.02.2026
-
- 18:20 12.02.2026
-
- 18:04 12.02.2026
-
- 17:53 12.02.2026
-
- 17:46 12.02.2026
-
- 17:40 12.02.2026
-
- 16:52 12.02.2026
-
- 16:43 12.02.2026
-
- 16:23 12.02.2026
-
- 16:20 12.02.2026
-
- 16:04 12.02.2026
-
- 16:02 12.02.2026
-
- 16:00 12.02.2026
-
- 15:56 12.02.2026
-
- 15:53 12.02.2026
-
- 15:45 12.02.2026
-
- 15:38 12.02.2026
-
- 15:36 12.02.2026
-
- 15:34 12.02.2026
-
- 15:10 12.02.2026
-
- 15:05 12.02.2026
-
- 15:03 12.02.2026
-
- 14:56 12.02.2026
-
- 14:55 12.02.2026
-
- 14:51 12.02.2026
-
- 14:12 12.02.2026
-
- 14:07 12.02.2026
-
- 13:00 12.02.2026
-
- 13:00 12.02.2026
-
- 12:59 12.02.2026
-
- 12:57 12.02.2026
-
- 12:55 12.02.2026

