Naxçıvanda enerjinin yarısı “yaşıllaşıb”

post-img

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının 2024-cü ilin yanvar–oktyabr ayları üzrə texniki–iqtisadi göstəriciləri açıqlanıb. Müvafiq dövr ərzində istehsal olunan ümumi elektrik enerjisinin 52 faizinin alternativ və bərpa olunan enerji mənbələrinin payına düşdüyü bildirilib.

Açıqlamada hesabat dövründə istehsal olunan ümumi elektrik enerjisinin 48 faizinin istilik, 39 faizinin su, 13 faizinin Günəş elektrik stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürüldüyü vurğulanıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 18 faiz artıb. Belə ki, bu rəqəm 2023-cü ildə 34 faiz olduğu halda cari ildə 52 faizə yüksəlib.

Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan

Ekologiya